AZ

Adı “Qarabağ”la hallanan pakistanlı haqda: “Təsadüf deyil ki…”

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

Pakistan millisinin və “Myalbü” klubunun futbolçusu Abdullah İqbal “Qarabağ”ın maraq dairəsindədir. Azərbaycan təmsilçisi müdafiəçi üçün yaxın zamanda danışıqlara başlamağı planlaşdırır. Bu haqda Pakistan mətbuatı məlumat yayıb.

“Sumqayıt” klubunun pakistanlı futbolçusu İsa Sulimanla bu haqda danışdıq:

– Pakistan mətbuatında “Qarabağ”ın İqbal ilə maraqlandığı yazılıb…

– ⁠Bəli, bilirəm, eşitmişəm bu haqda. “Qarabağ”dan başqa klubların da onunla maraqlandığını bilirəm.

– Özüylə danışmısan?

– ⁠Arada danışırıq, yazışırıq. Bu mövzuda yox amma.

– Yaxın münasibətləriniz var, nə əcəb bu haqda söhbətləşməmisən onunla?

– ⁠Bununçün uyğun vaxtımız olmayıb (gülür). Mən İqballa milli komandada eyni vaxtda oynamışıq. Çox istedadlı futbolçudur. Elə təsadüf deyil ki, Avropada oynayır.

– Səncə, “Qarabağ”a uyğun futbolçudur; ora faydalı ola bilər?

– ⁠Düşünürəm ki, tam uyğundur. Tez uyğunlaşması üçün də səbəblər çoxdur.

23 yaşlı İqbal 2024-cü ildən “Myalbü”də çıxış edir. O, bundan öncə Danimarkada “B93″ün formasını geyinib. Pakistan yığmasında 19 oyun keçirən müdafiəçi ötən il “Myalbü” ilə İsveç çempionu olub.

“FutbolPress”

(Antalya)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
37
futbolpress.az

1Mənbələr