AZ

Atam məni qucaqladı və dedi ki, aktyorlar ölmür

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Xalq artisti Ramiz Novruzun aktyor oğlu Cavidan Novruz atası ilə bağlı xatirəsini izləyiciləri ilə bölüşüb.

Axşam.az xəbər verir ki, o, uşaq yaşlarında atasının rol aldığı tamaşada öldürüldüyünü gördükdən sonra çox sarsıldığını qeyd edib: 

"Bir dəfə uşaq vaxtı atamın tamaşasına gedib baxmışdım və sonda obraz olaraq onu öldürürdülər. Mənim 7-8 yaşım olardı,

çox sarsılmışdım, hönkür-hönkür ağlamışdım. Atam məni qucaqladı və dedi ki, “Dəlisən? Aktyorlar ölmür ki...“. O sözə nədənsə çox inanmışdım və müəyyən yaşa qədər elə bilirdim. Amma o vaxt anlamamışdım ki, o sözü cismən demir! İki gündür yaman çox darıxıram...".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
2
axsam.az

3Mənbələr