AZ

Tiflisdə ticarət mərkəzində yanğın baş verib

Tiflisdə ticarət mərkəzində yanğın baş verib

Tiflisin mərkəzindəki Kidobani ticarət mərkəzində yanğın baş verib.

AFN.az "İmedi" televiziya kanalına istinadən xəbər verir ki, yanğının ticarət mərkəzindəki restoranlardan birində baş verdiyi bildirilir.

Xəsarət alanlar barədə məlumat yoxdur.

Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Edilməsi Xidmətinin rəisi Temur Mqebrişvili yanğının söndürüldüyünü açıqlayıb.

"Bu vaxta qədər yanğın tamamilə söndürülüb. Yanğınsöndürmə və xilasetmə qrupları yanğın barədə məlumatı aldıqdan təxminən beş dəqiqə sonra hadisə yerinə gəliblər. On yeddi yanğınsöndürmə və xilasetmə maşını səfərbər edilib. Binadan təxminən 20 nəfər təhlükəsiz şəkildə təxliyə edilib", - deyə Mqebrişvili bildirib.

Onun sözlərinə görə, restoranın təxminən 300 kvadratmetr sahəsi yanıb. Yanğının səbəbi araşdırılır.

Seçilən
43
afn.az

1Mənbələr