AZ

“Ferrari” 2026 mövsümü üçün yeni bolidinin adını açıqlayıb

“Ferrari”nin 2026-cı il Formula-1 mövsümündə istifadə edəcəyi yeni bolid SF-26 indeksini alıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə İtaliya avtomobil istehsalçısının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, ötən mövsüm yeddiqat dünya çempionu Lüis Hemilton pilotların şəxsi sıralamasında altıncı yeri tutub. Britaniyalı sürücü 24 mərhələdən ibarət çempionat ərzində bir dəfə də olsun podiuma yüksələ bilməyib. Qarşıdakı mövsüm 41 yaşlı Hemilton üçün “Ferrari” ilə mövcud müqaviləsi çərçivəsində son mövsüm olacaq.

Onun komanda yoldaşı Şarl Lekler isə mövsümün yekununda beşinci pillədə qərarlaşıb.

Formula-1 komandalarının təqdimat təqvimi:

15 yanvar — “Red Bull”, “Racing Bulls” (livreyalar)

19 yanvar — “Haas” (livreya)

20 yanvar — “Audi” (livreya)

23 yanvar — “Alpine” (livreya), “Ferrari”

2 fevral — “Mercedes”

3 fevral — “Uilliams”

8 fevral — “Kadillak”

9 fevral — “Aston Martin”

Qeyd edək ki, 2026-cı il mövsümü Formula-1 tarixində texniki reqlamentlərdə əsaslı dəyişikliklərlə yadda qalacaq.

Seçilən
24
90deqiqe.az

1Mənbələr