"Turan Tovuz"un yanvarın 4-dən etibarən qış hazırlıq planı çərçivəsində Türkiyədə təlim-məşq toplanışında olduğundan xəbərdarsız.
Bilindiyi kimi, "bozqurd"unaparıcı futbolçularından olsa da, 2024-cü ilin dekabrında ölkə kubokunun 1/8 final matçında "Sabah"lə oyunda zədələnən, bu üzdən bir ildən çoxdu yaşıl meydandan kənarda qalan Denis Marandiçinin komandayla birgə qardaş ölkəyə yollanıb-yollanmayacağı sual altında idi.
"Football-plus.az" bu məsələyə aydınlıq gətirmək məqsədilə qərb təmsilçisinin mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevlə əlaqə saxladı. Bəlli oldu ki, moldovalı futbolçu da Antalyadadı. Lakin o, hələ fərdi məşqlərlə kifayətlənir. Bununla belə, müdafiəçinin zədəsinin tam bərpası üçün daha bir müddət vaxt lazım olacaq.
Kəsəsi, onun yaşıl meydana nə vaxt qayıdacağı bəlli deyil. "Bozqurd"un digər zədələnmiş oyunçusu David Oliveyra Tavareş isə bu problemdən xilas olub. O, komandayla birgə məşqlərdə iştirak edir.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta