AZ

Samsung smartfon qiymətlərinin artacağı barədə xəbərdarlıq etdi

ain.az bildirir, Azvision saytına əsaslanaraq.

AzVision.az xarici mediaya istinadən xəbər verir ki, şirkətin mobil bölməsinin həmsədri Tiəm Ro bildirib ki, komponentlər bazarında vəziyyət son illərin ən çətin qiymət təzyiqlərindən biridir və bu, cihazların qiymətinə təsir göstərə bilər. Bununla belə, "Galaxy S26" yeni flaqman seriyasının bəzi regionlarda qiymətinin dondurulması nəzərdən keçirilir ki, "Apple" ilə rəqabətdə mövqelər itirilməsin. "Yaddaş və digər komponentlərin qiymətinin yüksəlməsi, əsasən süni intellekt (AI) sahəsindəki artımla bağlıdır və bu yalnız smartfonları deyil, televizor və digər ağıllı texnikanı da əhatə edir", - T. Ro vurğulayıb. Şirkətin qlobal marketinq rəhbəri Vondjin Li də qiymətlərin yenidən nəzərdən keçiriləcəyini təsdiqləyib. "Samsung" 2026-cı ildə AI funksiyalı 400 milyon yeni cihaz buraxmağı planlaşdırır ki, bu da "Galaxy" markalı cihaz parkını ikiqat artıracaq. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
46
2
azvision.az

3Mənbələr