AZ

“Atletiko” Simeoneni Vinisiusla bağlı insidentdən sonra müdafiə etdi

“Atletiko” klubu İspaniya Superkubokunun yarımfinal mərhələsində “Real”a 1:2 hesabı ilə uduzduqları oyunda baş məşqçi Dieqo Simeonenin “kral klubu”nun vingeri Vinisius Juniorla yaşadığı münaqişədən sonra mütəxəssisi müdafiə edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytında bildirilib.

“Bəzi insanların reaksiyanı analiz etməyə nə qədər çox vaxt sərf etməsi və onu doğuran səbəbi araşdırmağa nə qədər az diqqət yetirməsi təəccüblüdür. Bu, insanlar üçün adi və klassik bir yanaşmadır”

“Atletiko”nun mövqeyinə görə, Vinisius Junior “Real”ın lehinə penalti təyin olunmasını tələb edərkən Simeoneni və komandanın ehtiyat oyunçular skamyasını təxribatçı davranışlarla üz-üzə qoyub. Klub vurğulayıb ki, baş məşqçinin reaksiyası braziliyalı futbolçunun ilkin hərəkətlərinə cavab xarakteri daşıyıb.

Xatırladaq ki, daha əvvəl yayılan məlumatlarda Dieqo Simeonenin matç zamanı iki dəfə Vinisiusu təxribata çəkməyə cəhd etdiyi iddia olunmuşdu.

Seçilən
32
90deqiqe.az

1Mənbələr