ain.az, GlobalInfo saytına istinadən bildirir.
BMT-nin baş katibi Antonio Quterreş üzv dövlətləri özlərinin formalaşdırdığı beynəlxalq hüquqa hörmət etməyə çağırıb.
Globalinfo.az xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik ABŞ Prezidenti Donald Trampın beynəlxalq hüquqa ehtiyac duymadığı ilə bağlı fikirlərini şərh edərkən bildirib.
Düjarrik qeyd edib ki, Quterreşin mövqeyi bütün üzv dövlətlərə ünvanlanan mesajın daha da gücləndirilməsindən ibarətdir və bu mesaj beynəlxalq hüquqa, onu yaradan dövlətlərin özlərinin hörmət göstərməsinin vacibliyini vurğulayır.
Xatırladaq ki, yanvarın 8-də jurnalistlərlə söhbətində ABŞ Prezidenti Donald Tramp səlahiyyətlərinin məhdudlaşdırılmasını beynəlxalq hüquqla deyil, şəxsi əxlaq prinsipləri ilə əsaslandırdığını bildirib. Onun sözlərinə görə, beynəlxalq normaları nəzərə almağa ehtiyac duymur, çünki insanlara zərər vermək niyyətində deyil.
Tahir Turan
Globalinfo.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.