AZ

BMT Trampın beynəlxalq hüququn faydasızlığına dair sözlərinə cavab verdi

BAKI, 9 yanvar. TELEQRAF

BMT-nin baş katibi António Quterreş üzv dövlətləri özlərinin yaratdıqları beynəlxalq hüquqa hörmət etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə onun sözçüsü Stefan Dujarrik ABŞ prezidenti Donald Trampın beynəlxalq hüquqa ehtiyacı olmadığı barədə fikirlərini şərh edərkən bildirib.

8 yanvarda jurnalistlərlə söhbəti zamanı Amerika lideri səlahiyyətlərinin məhdudlaşdırılmasını beynəlxalq hüquqa deyil, yalnız öz əxlaqına əsaslandırdığını bildirib. O, beynəlxalq normaları nəzərə almağa ehtiyac duymadığını deyib.

Seçilən
68
teleqraf.com

1Mənbələr