AZ

Danimarka Qrenlandiya məsələsində Almaniyanın dəstəyinə güvənə bilər:Berlin



Almaniyanın maliyyə naziri Lars Klinqbeyl (SPD) Vaşinqtonun Qrenlandiyanın ABŞ-a birləşdirilməsi ilə bağlı açıqlamalarını kəskin tənqid edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, nazir Danimarkanın Qrenlandiya məsələsində Almaniya və Avropa ölkələrinin dəstəyinə güvənə biləcəyini deyib.

"Beynəlxalq hüquq tətbiq olunur. Güc qalib gələ bilməz. Buna görə də Danimarka tam həmrəyliyimizə güvənə bilər və biz bunu hər fürsətdə ABŞ-a açıq şəkildə bildirəcəyik", - deyə Almaniyanın maliyyə naziri vurğulayıb.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının vacibliyini bildirib. Birinci səlahiyyət müddəti ərzində o, Qrenlandiyanı satın almağı təklif etmiş və 2025-ci ilin mart ayında onun ilhaq edilə biləcəyinə əminliyini vurğulayıb. Qarşı tərəfin bundan imtina edəcəyi təqdirdə Tramp, Danimarkanı ticarət tarifləri ilə hədələyib.

Anar
Seçilən
25
1
newscenter.az

2Mənbələr