Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeni fəaliyyətə başlamış Şabran Cüdo Təlim Mərkəzinə baxış keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə federasiya rəhbəri sosial şəbəkə hesabında paylaşım edib.
Bildirilib ki, səfər zamanı məşqçilər və cüdoçularla görüş keçirilib, bölgədə idmançılar üçün yaradılan şəraitlə yaxından tanış olunub.
Qeyd edilib ki, sözügedən idman növünün daha da populyarlaşdırılması məqsədilə yeni cüdo zallarının istifadəyə verilməsi istiqamətində işlər davam etdiriləcək.
Oxunub 22
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.