AZ

Xavyer Tebas Simeone–Vinisius insidentinə münasibət bildirib

La Liqanın prezidenti Xavyer Tebas İspaniya Superkubokunun yarımfinal mərhələsində “Atletiko” ilə “Real” arasında keçirilən oyunda (1:2) madridlilərin baş məşqçisi Dieqo Simeone ilə “kral klubu”nun vingeri Vinisius Junior arasında yaşanan insidentə münasibət bildirib.

 90deqiqe.Az-ın "Sport.es"ə istinadən məlumatına görə,  Xavyer Tebas məsələ ilə bağlı açıqlamasında bu cür halların futbolda adi olduğunu vurğulayıb:

“Futbolçular və məşqçilər matçlar zamanı, xüsusilə də dünənki kimi gərgin qarşılaşmalarda böyük təzyiq altında olurlar. Anlamalıyıq ki, bunlar sadəcə kiçik insidentlərdir. Simeonenin də dediyi kimi, belə hallar meydanda baş verir və epizodik xarakter daşıyır. Bu cür hadisələr demək olar ki, hər həftəsonu yaşanır”

Xatırladaq ki, ilk hissə başa çatmamış Simeone Vinisiusa onun “Real”dan qovulacağını deyib. Braziliyalı hücumçu 81-ci dəqiqədə əvəzləndikdən sonra isə “Atletiko”nun baş məşqçisi tribunalara işarə edib, daha sonra barmağını qulağına yönəldib.

Qeyd edək ki, baş verən insident İspaniya futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.

Seçilən
40
90deqiqe.az

1Mənbələr