ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti Karakasdakı Birləşmiş Ştatlar səfirliyinin fəaliyyətinin bərpa olunması imkanlarını qiymətləndirmək üçün Venesuelaya gedib.
Oxu.Az bildirir ki, bu barədə CNN telekanalı mənbəyə istinadən məlumat yayıb.
"Adı açıqlanmayan amerikalı rəsminin sözlərinə görə, nümayəndə heyəti işin potensial olaraq mərhələli şəkildə bərpası üçün ilkin qiymətləndirmə aparmaq məqsədilə Venesuela paytaxtına uçub", - deyə telekanal bildirir.
Qeyd edək ki, ABŞ-nin Venesueladakı səfirliyi fəaliyyətini 2019-cu ildə dayandırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.