Bakı. Trend:
ABŞ Dövlət Departamentinin nümayəndə heyəti diplomatiknümayəndəliklərin bərpası məqsədilə Venesuelaya səfər edəcək.
Trend xəbər verirki, bu barədə Venesuelanın xarici işlər naziri İvan Gil PintonunTelegram kanalında dərc olunmuş hökumət bəyanatında bildirilib.
Bəyanatda qeyd olunub ki, Venesuela Bolivar hökuməti ABŞhökuməti ilə diplomatik danışıqlar prosesinə başlamaq qərarınagəlib. Bu qərar ABŞ təcavüzünün, eləcə də Prezident Nikolas Madurovə onun həyat yoldaşı, Birinci xanım Siliya Floresin oğurlanmasıilə bağlı nəticələrin aradan qaldırılması və qarşılıqlı maraqdoğuran məsələlərin müzakirəsi məqsədi daşıyır.
Sənəddə vurğulanır ki, ABŞ Dövlət Departamentinin diplomatikheyətindən ibarət nümayəndə heyəti diplomatik fəaliyyətlə bağlıtexniki və logistik qiymətləndirmə aparmaq üçün Venesuelayagələcək.
Eyni zamanda bildirilib ki, Venesuela diplomatlarından ibarətoxşar nümayəndə heyəti də ABŞ-yə göndəriləcək.