AZ

“Liverpul” Kyezanın “Yuventus”a qayıdışı üçün şərt qoyub

“Liverpul” klubu hücumçu Federiko Kyezanın yenidən “Yuventus”a qayıtmasına hazır olduğunu bildirib.

 90deqiqe.Az-ın "Goal "a istinadən məlumatına görə, Mersisayd təmsilçisi Turin klubunun təxminən 10 milyon avro ödəyəcəyi təqdirdə bu transferə razılıq verə bilər. 

Mənbənin bildirdiyinə görə, “Liverpul” rəhbərliyi Kyezanı 10 milyon avroya satacağı halda maliyyə baxımından zərərə düşməyəcəyini və klubun iqtisadi sabitliyini qoruyacağını düşünür. Futbolçunun özü də daha çox oyun təcrübəsi qazanmaq məqsədilə “Yuventus”a qayıtmağa müsbət yanaşır.

Qeyd edək ki, Federiko Kyeza 2020–2024-cü illərdə “Yuventus”un formasını geyinib və daha sonra “Liverpul”a transfer olunub. Onun İngiltərə klubu ilə mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Transfermarkt portalının məlumatına əsasən, Kyezanın hazırkı bazar dəyəri 18 milyon avro təşkil edir.

Seçilən
11
90deqiqe.az

1Mənbələr