ain.az, GlobalInfo saytına istinadən bildirir.
Rusiyanın Ukraynaya zərbə endirmək üçün “Oreşnik” raket sistemindən istifadə etməsi Avropa İttifaqı və ABŞ üçün əlavə bir xəbərdarlıq xarakteri daşıyır.
Globalinfo.az xəbər verir ki, bunu Avropa Komissiyasının sözçüsü Anitta Hipper bildirib. Onun sözlərinə görə, baş verənlərlə bağlı mövcud məlumatlar Kiyevə qarşı “açıq-aşkar eskalasiyanı” nümayiş etdirir.
“Bu, açıq-aşkar eskalasiyadır. Onlar artıq dayandırıla bilməyəcək həddə çatıblar. Ukraynaya zərbə endirmək üçün “Oreşnik” raket sistemindən istifadə etməsi Avropa İttifaqı və ABŞ üçün əlavə bir xəbərdarlıqdır”.
Hipper vurğulayıb ki, Aİ Ukraynaya dəstəyini davam etdirir və yaxın zamanda Parisdə keçirilən “Könüllülər koalisiyası”nın iclasında müzakirə olunan növbəti addımların həyata keçirilməsinə hazırlaşır.
Daha əvvəl hərbi ekspert Yuri Knutov isə Rusiyanın “Oreşnik” raket sistemindən istifadəsini Ukrayna Silahlı Qüvvələrinin Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına mümkün hücum cəhdinə cavab zərbəsi kimi dəyərləndirib.
Tahir Turan
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.