AZ

Rusiya Qara dənizdə iki gəmiyə hücum etdi − Suriya vətəndaşı həlak oldu


Rusiya silahlı qüvvələri Odessa bölgəsi yaxınlığında Qara dənizdə iki mülki gəmiyə hücum edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba məlumat yayıb.
Regional administrasiya rəhbəri Oleq Kiperin sözlərinə görə, Odessa limanı yaxınlığında Rusiya soya paxlası yükləyərkən Komor adaları bayrağı altında üzən yük gəmisinə hücum edib. Hücum nəticəsində Suriya vətəndaşı olan heyət üzvü həlak olub.
Çornomorsk limanı yaxınlığında Rusiya pilotsuz təyyarəsi Sent-Kits və Nevis bayrağı altında üzən mülki gəmiyə zərbə endirib. Kuleba bildirib ki, gəmi taxıl daşıyırdı. Regional administrasiyanın məlumatına görə, hücum zamanı ikinci köməkçi, Suriya vətəndaşı yaralanıb. Gəmi zərbədən sonra hərəkətdə qalıb və ən yaxın limana doğru irəliləyib.
Seçilən
45
yeniavaz.com

1Mənbələr