AZ

Gözəlliyi ona baha başa gəldi – Yıldız Tilbe danışdı

Türkiyənin tanınmış ifaçısı Yıldız Tilbe efirə çıxdığı proqramlardan birində uşaqlıq illərində yaşadığı ağır hadisəni xatırladıb. Sənətçi bildirib ki, kiçik yaşlarında tez-tez diqqət mərkəzində olması sonradan başına gələn faciəvi olayla üst-üstə düşüb.

"Yeni Sabah" xəbər verir ki, onun sözlərinə görə, ailələrinə gələn qonaqlardan birinin haqqında “çox gözəl uşaqdır” deməsindən az sonra evdə bədbəxt hadisə baş verib. Qaynar su ilə yanıq xəsarətləri alan Tilbe uzun müddət xəstəxanada müalicə olunmalı olub. Müğənni həmin dövrdə vəziyyətinin son dərəcə ağır olduğunu, hətta həkimlərin yaşamaq ehtimalını az gördüyünü qeyd edib. Altı ay davam edən müalicədən sonra sağalsa da, bu hadisə izsiz ötüşməyib və sağ qulağında eşitmə problemi yaranıb.

Yıldız Tilbe yaşadığı bu olaydan sonra bəd nəzərə münasibətinin dəyişdiyini deyib. O bildirib ki, indi bu mövzuya daha həssas yanaşır və özünü qorumaq üçün üzərində çörəkotu gəzdirir.

Əsmətxanım


Telegram kanalımız
Seçilən
28
2
yenisabah.az

3Mənbələr