AZ

Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb

Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bağlanıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə 9 yanvar tarixində Yol Məlumat Mərkəzinin mətbuat xidməti məlumat verib.

"Krım körpüsündə nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq bağlanıb", - onların Telegram kanalında bildirilib.

Məhdudiyyətin səbəbləri hazırda məlum deyil. Departament körpüdə və yoxlama zonasında olan sürücüləri və sərnişinləri sakit olmağa və nəqliyyat təhlükəsizliyi işçilərinin təlimatlarına əməl etməyə çağırıb.

QAZİLER.AZ

Seçilən
13
qaziler.az

1Mənbələr