AZ

KİV: Türkiyə İrana kəşfiyyat məlumatları ötürüb

BAKI, 9 yanvar. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana ABŞ və İsrail tərəfindən dəstəklənən və ötən gecə ölkəyə soxulan kürd silahlı qruplarını zərərsizləşdirməyə kömək edib.

Teleqraf xəbər verir ki, bu iddia ilə "İran Jurnalistinin Gündəliyi" Telegram kanalı çıxış edib.

"Mənbələrə görə, Türkiyə İrana yaraqlıların hərəkətləri barədə kəşfiyyat məlumatları ötürüb. Bundan sonra SEPAH qüvvələri İlam və Kermanşah əyalətlərində əməliyyat keçirib və PJAK qruplaşmasının üzvlərinin əksəriyyətini məhv edib" - məlumatda qeyd olunur.

Telegram kanalı yazır ki, Türkiyə kəşfiyyatı yaraqlıların İraqdan gələn marşrutunu izləyib və İranla məlumat mübadiləsini əlaqələndirib. Bu da hücumun qarşısını tez bir zamanda almağa imkan verib.

Seçilən
72
2
teleqraf.com

5Mənbələr