AZ

517 min manatlıq yol işi: Bu qədər pula nə ediləcək?

Şamaxı Rayon İcra Hakimiyyəti Şamaxı şəhərində yolların əsaslı təmiri işlərinin satın alınması ilə bağlı satınalma proseduruna start verib.

NOCOMMENT.az xəbər verir ki, satınalma sənədlərinə əsasən, layihə üzrə ehtimal olunan məbləğ 517.535,02 AZN təşkil edir.

Məlumata görə, təmir işləri çərçivəsində Şamaxı şəhərinin Lütfiyar İmanov küçəsində mövcud yararsız yol örtüyünün qazılaraq avtomaşınlara yüklənməsi, çıxarılan materialın 5 kilometr məsafəyə daşınması, sahənin mexaniki üsulla planlaşdırılması, qruntun 8 tonluq vərdənə ilə bir neçə gedişdə kipləşdirilməsi nəzərdə tutulur. Bununla yanaşı, yolun əsasının möhkəmləndirilməsi məqsədilə 15 sm qalınlığında qırmadaş qatının verilməsi, həmçinin optimal qranulometrik tərkibli qum-çınqıl və ya qırmadaş-qum qatışığının döşənməsi də planlaşdırılır./32gun.az/

Seçilən
88
nocomment.az

1Mənbələr