Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Radu Cojocaru ilə müqavilə bağlayıb. Müqavilə çərçivəsində Cojocaru Azərbaycan hökumətinə və Səhiyyə Nazirliyinə “Milli Laboratoriya Strateji Planı 2027-2032” və onun 2027-2032-ci illər üçün əməliyyat planının hazırlanması üzrə məsləhət xidməti göstərəcək.
NOCOMMENT.az xəbər verir ki, müqavilənin dəyəri 34.068 AZN təşkil edir.
Araşdırmamız zamanı məlum olub ki, Radu Cojocaru LinkedIn profilində özünü “World Health Organization-da Technical Specialist” kimi təqdim edib. Bu xidmət planlaşdırılmış laboratoriya strategiyasının hazırlanması və ölkədə laboratoriya şəbəkəsinin effektivliyinin artırılması məqsədi daşıyır./32gun.az/
