AZ

Ukraynaya qoşun yeridilə bilər: Minlərlə hərbçi hazırlığa başladı

ain.az bildirir, GlobalInfo portalına istinadən.

Fransa Prezidenti Emmanuel Makron 8 yanvar tarixində respublikanın parlament partiyalarının liderləri ilə qapalı görüş keçirib və orada Ukraynaya “könüllülər koalisiyası” çərçivəsində qoşun göndərmək ideyasını müzakirə edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “L’Humanité” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Makron görüşdə 100% dəstək ala bilməyib.Görüşdə Fransanın Baş naziri Sebastyan Lekornu, Silahlı Qüvvələr naziri Ketrin Votren və Silahlı Qüvvələrin Baş Qərargah rəisi general Fabien Mandon iştirak ediblər.

Lekornunun sözlərinə görə, parlament üzvlərinin müzakirəyə cəlb olunması vacibdir və məsələ ilə bağlı parlament müzakirələrinin yaxın iki-üç həftə ərzində baş tutması gözlənilir.

Jurnalistlərin məlumatına görə, müzakirələrin məqsədi sülh müqaviləsi bağlandıqdan sonra Fransa əsgərlərinin Ukraynaya yerləşdirilməsi planları barədə parlament üzvlərini məlumatlandırmaq olub.

İddialara görə, söhbət Britaniya qüvvələrinin də daxil olduğu 10.000 nəfərlik beynəlxalq kontingentə 6.000 Fransa əsgərinin daxil edilməsindən gedir. Komandanlıq Paris yaxınlığındakı Mont-Valeriendə yerləşə bilər.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
45
globalinfo.az

1Mənbələr