Bakı. Trend:
Almaniya futbol çempionatının 16-cı turu çərçivəsində “Verder”və “Hoffenhaym” komandaları arasında keçirilməsi planlaşdırılanoyun qar yağması səbəbindən ləğv edilib.
Trend xəbər verirki, bu barədə “Verder” klubunun mətbuat xidməti məlumat yayıb.
Görüş yanvarın 10-da Bremen şəhərində keçirilməli idi. Matçınyeni tarixi daha sonra açıqlanacaq.
Qeyd edək ki, bu, Almaniya çempionatının 16-cı turundaəlverişsiz hava şəraiti səbəbindən ləğv edilən ikinci oyundur. Dahaəvvəl yanvarın 10-da keçirilməsi nəzərdə tutulan “Sankt-Pauli” –“Leypsiq” matçı da eyni səbəbdən baş tutmamışdı.
Hazırda Bundesliqanın turnir cədvəlində “Hoffenhaym” 27 xallabeşinci, “Verder Bremen” isə 17 xalla 10-cu pillədə qərarlaşıb.