AZ

“Goretti” qasırğası St Michael’s Mount adasında ciddi dağıntılara səbəb olub

Bakı. Trend:

“Goretti” qasırğası İngiltərənin Kornuol bölgəsində yerləşən“Sent Maykl dağı” (St Michael’s Mount) adasında ciddi dağıntılarayol açıb.

Trend “TheTelegraph”a istinadla xəbər verir ki, Penzans yaxınlığındakıqayalıqlarda yerləşən adada təxminən 100 ağac güclü küləklərnəticəsində aşaraq məhv olub.

Adanın baş bağbanı Darren Little bildirib ki, dağılan ağaclarınbir qismi 80–100 il yaşı olan nümunələrdir. O əlavə edib ki, bütünərazi demək olar ki, viran qalıb və dağıntıların təmizlənməsiaylarla vaxt ala bilər.

Qeyd edək ki, “Goretti” qasırğası Britaniyada 64 mindən çox evielektrik enerjisiz qoyub, Hitrou hava limanında onlarla reys ləğvedilib, dəmir yolu xətlərində isə gün boyu genişmiqyaslı gecikmələryaşanıb.

Seçilən
47
4
az.trend.az

6Mənbələr