AZ

“Mançester Yunayted”ə getsə, ispan futbolçunun transferini istəyəcək

“Barselona”nın sabiq baş məşqçisi Xavi Hernandes “Mançester Yunayted”in baş məşqçisi postuna namizədlər arasında nəzərdən keçirilir.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis təyinatı reallaşacağı halda, “Old Trafford”da “Barselona”nın bir oyunçusunu görmək istəyir.

O, Fermin Lopesin transfer olunmasını klub rəhbərliyindən xahiş edəcək.

22 yaşlı ispaniyalı futbolçu 2023-cü ilin yayından “Barselona”da çıxış edir. Onun klubla müqaviləsinin müdətti 2029-cu ilin ortalarına qədərdir.

Seçilən
45
sportinfo.az

1Mənbələr