AZ

Bütün dünya Trampın yaxasındakı bu nişandan danışır

BŞ Prezidenti Donald Tramp Ağ Evdə neft şirkətlərinin rəhbərləri ilə keçirilən görüş zamanı pencəyindəki qeyri-adi simvol -“Happy Trump” nişanı ilə medianın və sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib.

Görüş zamanı Tramp pencəyindəki nişanı göstərərək onun haradan gəldiyini açıqlayıb. Prezident bildirib ki, bu nişan ona hədiyyə edilib:
“Bunu mənə kimsə verib. Bilirsiniz bu nədir? Buna ‘Happy Trump’ deyilir”, - deyə Tramp zarafatla bildirib.

O, çıxışında öz xarakterinə də toxunaraq əlavə edib:

“Nəzərə alın ki, mən heç vaxt xoşbəxt olmuram. Heç vaxt tam razı qalmıram. Amerika yenidən böyük olana qədər də razı qalmayacağam. Amma artıq buna çox yaxınıq.”

Trampın sözlərinə görə, nişan sadəcə ona verilmiş bir hədiyyədir və o, bunu taxmağa qərar verib:
“Kimsə verdi, mən də taxdım.”

Bu yüngül və zarafatcıl an qısa zamanda sosial şəbəkələrdə geniş yayılıb. X (keçmiş Twitter) platformasında istifadəçilər prezidentin yumor hissəsini tərifləyiblər. Bəziləri “Happy Trump” nişanını haradan əldə etmək mümkün olduğunu soruşub, digərləri isə Trampın bu jestini “xarakterinə uyğun və əyləncəli” adlandırıb.

Seçilən
68
aznews.az

1Mənbələr