AZ

ABŞ Çin və Rusiyaya ehtiyacları olan bütün nefti sata bilər - Tramp

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Çin və Rusiyaya ehtiyacları olanbütün nefti sata biləcəyini açıqlayıb.

Trend-inməlumatına görə, bu barədə o, Ağ Evdə neft şirkətlərinin rəhbərləriilə görüşdə bildirib.

Tramp qeyd edib ki, Venesuelanın neft satışlarına nəzarətdənsonra bu ölkələrlə də əməkdaşlığa açıqdır.

“Çin və Rusiya ABŞ-dən istədikləri bütün nefti ala bilər”, -deyə Tramp vurğulayıb.

O əlavə edib ki, ABŞ Venesuelanın neft hasilatına nəzarəti ələkeçirməsə, bunu Çin və Rusiya edə bilər.

Seçilən
55
2
az.trend.az

6Mənbələr