AZ

ABŞ və Ukrayna müharibədən sonrakı bərpa üçün 800 milyard dollarlıq saziş hazırlayır

Bakı. Trend:

Vaşinqton və Kiyev Ukraynanın müharibədən sonrakı bərpası üçün800 milyard dollar həcmində saziş imzalamağı planlaşdırır.

Trend-inməlumatına görə, bu barədə “The Telegraph” nəşri öz mənbələrinəistinadən yazıb.

Məlumata əsasən, sazişin detallarının Davosda ABŞ PrezidentiDonald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasındarazılaşdırılması nəzərdə tutulur. Plan 10 il müddətini əhatəedəcək.

Mənbələr bildirir ki, təşəbbüsün əsas məqsədi iki lideringörüşündən iqtisadi sazişi – müharibənin dayandırılmasına dair ABŞtərəfindən dəstəklənən təklifin əsas hissəsini yekunlaşdırmaq üçünistifadə etməkdir.

“Rifah planı” adlandırılan layihə çərçivəsində Ukraynanınbərpası və iqtisadi inkişafına dəstək məqsədilə on il ərzindətəxminən 800 milyard dollar vəsaitin cəlb edilməsi hədəflənir.

Nəşr qeyd edir ki, Ukrayna Prezidenti Volodimir Zelenski həmmüharibədən sonrakı iqtisadi bərpa planını, həm də təhlükəsizliktəminatları ilə bağlı sazişi yekunlaşdırmaq üçün gələn həftə Ağ Evəsəfər etməyi planlaşdırsa da, “istəklilər koalisiyası”na daxil olanavropalı tərəfdaşlar ona ABŞ-yə getməməyi tövsiyə ediblər.

Bildirilir ki, onlar Tramp ilə görüş üçün daha uyğun alternativkimi Davosda keçirilən Ümumdünya İqtisadi Forumunu təklifediblər.

Seçilən
50
az.trend.az

1Mənbələr