ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ortamənzilli "Oreşnik" ballistik raketi ilə Ukraynaya endirilən zərbə Avropa ölkələrini qorxutmaq məqsədi daşıyan aksiya olub. Raket Polşa ilə sərhədə yaxın yerləşən Lvov vilayətindəki bir obyektə düşüb.
Oxu.Az bildirir ki, bu barədə "Reuters" agentliyi ukraynalı məmura istinadən xəbər verir.
Qeyd edilir ki, raket Lvovdakı dövlət müəssisələrindən birinin sexinə dəyib. Dəymiş ziyan əhəmiyyətli hesab edilmir: bir neçə subdöyüş sursatının düşməsi sexin beton konstruksiyalarında kiçik deşiklər əmələ gətirib, həmçinin yaxınlıqdakı meşə ərazisində çuxurlar yaranıb.
Məmurun sözlərinə görə, "Oreşnik" raketi ehtimal ki, döyüş başlığı deyil, inert (zərərsiz) başlıqlar daşıyıb. Bu isə zərbənin əsas məqsədinin obyektin məhv edilməsi yox, güc nümayişi olduğunu təsdiqləyir.
Xatırladaq ki, yanvarın 9-na keçən gecə Rusiya ortamənzilli ballistik raketlə Lvov vilayətinə zərbə endirib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.