AZ

Delsi Rodriqez ABŞ-nin Venesueladakı əməliyyatının nəticələrini bir sıra ölkə liderləri ilə müzakirə edib

Bakı. Trend:

Venesuela prezidentinin səlahiyyətlərini icra edən DelsiRodriqez ABŞ-nin Bolivar Respublikasındakı əməliyyatınınnəticələrini Braziliya Prezidenti Luis İnasio Lula da Silva,Kolumbiya Prezidenti Qustavo Petro və İspaniyanın Baş naziri PedroSançes ilə müzakirə edib.

Trend xəbər verirki, bu barədə Delsi Rodriqez özünün Telegram kanalında məlumatyayıb.

Bəyanatda bildirilir ki, söhbətlər zamanı Venesuela ərazisinəedilən silahlı hücum, nəticədə 100-dən çox mülki şəxs və hərbçininhəlak olması, eləcə də respublikanın konstitusiya prezidentiNikolas Maduronun və birinci xanım Siliya Floresin şəxsitoxunulmazlığının pozulması da daxil olmaqla, beynəlxalq hüququnciddi şəkildə pozulması halları ətraflı şəkildə diqqətəçatdırılıb.

Rodriqezin sözlərinə görə, tərəflər beynəlxalq hüquqa, dövlətsuverenliyinə və xalqlar arasında dialoqa hörmət əsasındaikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyinivurğulayıblar.

O əlavə edib ki, Venesuela suverenliyin və sülhün qorunmasınınyeganə yolu kimi Bolivar sülh diplomatiyası prinsiplərinə sadiqqalaraq diplomatik vasitələrlə təcavüzə müqavimət göstərməyə davamedəcək.

Seçilən
81
az.trend.az

1Mənbələr