BAKI, 10 yanvar. TELEQRAF
Tehranda baş verən iğtişaşlar zamanı etirazçılar 26 banka və 25 məscidə hücum edərək dağıntılar törədiblər.
Teleqraf xəbər verir ki, bu barədə şəhərin meri Əlirza Zəkani "TRT Arabic" telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, iğtişaşlar zamanı 24 yaşayış evi talan edilib, 25 məscidə, iki xəstəxanaya və 26 banka ziyan dəyib. Bundan başqa, 48 yanğınsöndürmə avtomobili yandırılıb.