AZ

Sifariş etdiyi telefonlar 16 il sonra gəldi Video

Qafqazinfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Liviyada telefon mağazası sahibinin 2010-cu ildə sifariş etdiyi “Nokia” markalı mobil telefonlar vətəndaş müharibəsi və sonrakı xaos səbəbindən yalnız 16 il sonra ünvana çatdırılıb.

“Qafqazinfo” xəbər verir ki, 2011-ci ildə ölkədə başlayan vətəndaş müharibəsi logistika xətlərinin dağılmasına, gömrük xidmətlərinin fəaliyyətini dayandırmasına və ciddi təhlükəsizlik problemlərinə səbəb olub.

Bu amillər nəticəsində sifariş edilən “Nokia” telefonlar uzun illər anbarlarda qalıb.

Uzun illərdən sonra telefonlar, nəhayət, mağazaya çatanda mənzərə həm təəccüblü, həm də əyləncəli olub. Qutuları açarkən dükan sahibləri zarafatla soruşub: “Bunlar telefondur, oxsa tarixi əsər?”

Sosial mediada paylaşılan bu anlar tez bir zamanda diqqət çəkib.

Qeyd edək ki, bir vaxtlar mobil telefon bazarının liderlərindən biri olan “Nokia”nın klassik klaviaturalı modelləri bu gün nostalji əşyalar kimi dəyərləndirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
1
qafqazinfo.az

2Mənbələr