Bakı. Trend:
"Google"ın ana şirkəti "Alphabet" 2019-cu ildən bəri ilk dəfəbazar kapitallaşmasına görə "Apple"ı keçərək "Nvidia"dan sonradünyanın ikinci ən dəyərli şirkəti olub.
Trend xəbər verirki, bu barədə "Yahoo Finance" məlumat yayıb.
Ticarətin bağlanışına olan məlumata görə, "Alphabet"in bazarkapitallaşması 3,94 trilyon dollara, "Apple"ın bazar dəyəri isə3,84 trilyon dollara çatıb. Bu artım əsasən "Google"ın süniintellekt strategiyasının bazar tərəfindən müsbət qarşılanması iləəlaqələndirilir. "Apple" isə bu sahədə rəqiblərindən geri qalmaqdadavam edir.
Qeyd olunur ki, "Alphabet"in səhmləri 2025-ci ildə 65 faizartaraq “Möhtəşəm yeddilik” adlandırılan şirkətlər qrupundakı digərnəhəngləri geridə qoyub. Bu yüksəliş "Google"ın süni intellektsahəsində mövqelərinin güclənməsi ilə izah olunur. Belə ki, "Gemini3" modeli əsas etalon göstəricilər üzrə rəqiblərini üstələyib,şirkətin öz süni intellekt çipləri isə "Nvidia" məhsullarınaalternativ kimi təqdim olunaraq "Meta" və "Anthropic" kimimüştəriləri cəlb edib.
Bu arada, "Apple" hələlik irəliləyişli süni intellekt həlləritəqdim etməyib. İnvestorlar şirkətin "Siri" səs köməkçisininyenilənməsini gözləyirlər.
Bununla belə, "Alphabet"in bazar kapitallaşması hələ də təxminən4,5 trilyon dollar dəyərində qiymətləndirilən "Nvidia"dan geriqalır.
"Bernstein" analitiki Steysi Rasqonun sözlərinə görə,“Gemini"nin uğuru mühümdür, lakin hazırda əsas diqqət modelintexniki göstəricilərindən daha çox onun məhsul kimi qəbuluna vəgəlir gətirmə potensialına yönəlib”.