Oxu.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Yay mövsümünə qədər uğurla arıqlamaq üçün yanvar ayında çəkinin qorunması, fevraldan etibarən isə kalori qəbulunun tədricən azaldılmasına başlanması tövsiyə olunur.
Oxu.Az bildirir ki, Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən "Sağlam Ol" Klinikasının cərrahi şöbəsinin müdiri, cərrah Viktoriya Smirnova bu barədə Gazeta.ru-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, yay üçün əvvəlcədən təxmini arıqlama planı tərtib etmək mümkündür. Yanvar ayı adaptasiya mərhələsi kimi dəyərləndirilməlidir. Bu dövrdə arıqlamaq yox, mövcud çəkinin qorunması əsas məqsəd olmalıdır. Sağlam qidalanma prinsiplərinə əməl etmək, D vitamini qəbuluna başlamaq və fiziki aktivliyi artırmaq vacibdir. Əsas məsələ çəki artımına yol verməməkdir.
Həkim qeyd edib ki, fevral və mart ayları sadə karbohidratların rasiondan çıxarılması, zülal miqdarının artırılması və kalori qəbulunun mərhələli şəkildə azaldılması üçün ən uyğun dövrdür. Məhz bu aylarda fiziki aktivlik maksimum səviyyəyə çatdırılmalıdır. Əks göstəriş olmadığı halda aralıqlı oruc da tətbiq oluna bilər. Məsələn, 16 saat oruc tutmaq, 8 saat isə qidalanmaq mümkündür.
Mütəxəssisin fikrincə, əsas diqqət zülal qəbulunun qorunmasına, kifayət qədər su içilməsinə və adi desertlərin daha sağlam alternativlərlə əvəz edilməsinə yönəldilməlidir. Şirniyyatlar darçınlı bişmiş alma, kəsmikli bişintilər və ya meyvə jelesi ilə əvəz oluna bilər.
Plana əsasən, aprel və may ayları bədən quruluşunun maksimum dərəcədə yaxşılaşdırılması, qidalanmanın optimallaşdırılması və əldə olunan nəticələrin qorunması mərhələsi hesab olunur. Bu dövrdə tərəvəz və göyərti istehlakının artırılması, eyni zamanda məşq proqramının yenidən tənzimlənməsi tövsiyə edilir.
"Əsas sirr qış fəslinə düşmən kimi deyil, strateji hazırlıq dövrü kimi yanaşmaqdır. Bu zaman sağlam vərdişlər formalaşdırmaq, immunitet sistemini gücləndirmək və maddələr mübadiləsini keyfiyyətli qidalarla, müntəzəm fiziki fəaliyyətlə dəstəkləmək mümkündür. Bu yanaşma sayəsində yaza pəhrizdən zəifləmiş halda yox, əksinə enerji ilə daxil olacaqsınız", - deyə Viktoriya Smirnova yekunlaşdırıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.