Bakı. Trend:
Almaniyanın bir çox bölgəsində tüğyan edən “Elli” fırtınasıciddi fəsadlar yaradıb.
Trend xəbər verirki, qarlı və buzlu hava şəraiti ilə əlaqədar ölkənin şimalındafövqəladə hava xəbərdarlıqları hələ də qüvvədədir.
Fırtına səbəbindən “Alman Dəmir Yolları” şirkəti ölkənin şimalbölgəsində bütün uzunməsafəli qatarların hərəkətini dayandırıb.Xüsusilə Hannover ətrafında dəmir yolu reysləri müvəqqəti olaraqləğv edilib.
Şimal və şərq bölgələrində yolların buz bağlaması bir sırayol-nəqliyyat hadisələrinə səbəb olub. Bavariya əyalətində iki ölümfaktı qeydə alınıb. Avtomobil və yük nəqliyyatı da ciddiçətinliklərlə üzləşib, ağır tonnajlı yük maşınlarının yollardaqalması böyük tıxaclara səbəb olub.
Ölkənin şimal əyalətlərində yerləşən hava limanlarında bir sırareyslər ləğv edilib və ya gecikdirilib. Bundan əlavə, bəzi adalarvə limanlarla nəqliyyat əlaqəsi müvəqqəti dayandırılıb. Hamburq,Aşağı Saksoniya, Bremen və Şlezviq-Holştayn əyalətlərində məktəblərbağlanıb.
Almaniyanın Meteorologiya Xidməti yaxın günlərdə güclü qaryağışının yollarda əlavə çətinliklər yaradacağı barədə xəbərdarlıqedib. Bununla yanaşı, hava şəraitinin həftəsonuna qədər tədricənyumşalacağı gözlənilir.