AZ

Rəqsanə ilə bağlı çoxunu düşündürən suala cavab gəldi 3 ay sonra…

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müğənni Rəqsanə İsmayılova barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddətinin daha üç ay uzadılması sosial mediada geniş müzakirələrə səbəb olub. Hazırda prosesin hansı mərhələdə olduğu və bundan sonrakı addımlar maraq doğurur.

Ev dustaqlığı qətimkan tədbiri hansı hallarda uzadılır? Rəqsanə İsmayılovanın işi üzrə bu qərarın verilməsi prosesin hansı istiqamətdə davam edəcəyindən xəbər verir?

Globalinfo.az-a danışan hüquqşünas Ramil Süleymanov deyib ki, ev dustaqlığı qətimkan tədbirlərinin bir növüdür:

“Bu tədbirlər barəsində cinayət işi aparılan şəxsə münasibətdə istintaqın sonunadək, hətta məhkəmə istintaqı dövründə də tətbiq oluna bilər. Rəqsanə İsmayılova barəsində qətimkan tədbirinin müddətinin uzadılması böyük ehtimalla onunla bağlı cinayət işinin ibtidai istintaqının hələ yekunlaşmaması ilə əlaqədardır”.

Ramil Süleymanov

Hüquqşünas bildirib ki, istintaqın hazırda hansı mərhələdə olması yalnız onun vəkilinin və işi aparan müstəntiqin səlahiyyətində olan məlumatdır:

“Prosesin gedişinə gəlincə, cinayət işi üzrə vurulmuş zərərin ödənilməsi istiqamətində müəyyən addımların atılması və ya zərərin bir hissəsinin təqsirləndirilən şəxs tərəfindən qaytarılması ehtimalı istisna edilmir. Bu halda zərərçəkənlərdən hüquq-mühafizə və istintaq orqanlarına hər hansı şikayətin daxil olmaması mümkündür. Eyni zamanda dövlət ittihamını müdafiə edən Baş Prokurorluğun da ev dustaqlığı qətimkan tədbirinin davam etdirilməsinə etiraz etməməsi bu amillərlə bağlı ola bilər”.

Xatırladaq ki, Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində məsuliyyətə cəlb edilən 1979-cu il təvəllüdlü Rəqsanə İsmayıl qızı İsmayılova dələduzluqda ittiham edilir. Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib. Rəqsanə İsmayılova dəymiş zərərin bir qismini ödəyib.

Ləman İmran

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
globalinfo.az

1Mənbələr