AZ

Ardıcıl 6-cı dəfə ilin futbolçusu seçildi

style='margin-bottom:10px;'>

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland Norveçdə növbəti dəfə ilin futbolçusu adına layiq görülüb.

QOL.az xəbər verir ki, bu barədə Norveç Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

25 yaşlı mərkəz hücumçusu artıq ardıcıl 6-cı dəfədir ki, bu mükafatı qazanır. Ondan əvvəl Norveçdə ilin ən yaxşı futbolçusu seçilən son oyunçu 2019-cu ildə bu mükafatı qazanan Martin Edeqor olub.

2025-ci ildə Haaland klub səviyyəsində bütün turnirlərdə 49 oyuna çıxaraq 42 qol vurub və 8 məhsuldar ötürmə edib. Hücumçu milli komandanın heyətində də uğurlu çıxışı ilə yadda qalıb. O, 2025-ci ildə Norveç yığmasının heyətində iştirak etdiyi 10 oyunun hamısında fərqlənərək ümumilikdə 17 qol vurub və 2 assist edib. Bu nəticə sayəsində Norveç milli komandası 2026-cı il dünya çempionatına vəsiqə qazanıb.

Seçilən
95
2
teleqraf.com

3Mənbələr