AZ

ABŞ də Rusiya şirniyyatlarına maraq artıb: Son beş ildə yeni rekord

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

2025-ci ilin yanvar-oktyabr aylarında ABŞ-yə Rusiya şirniyyatlarının idxalı 2021-ci ildən bəri ən maksimum göstəriciyə çatıb.

Oxu.Az bildirir ki, bu barədə "RİA Novosti" agentliyi Birləşmiş Ştatların statistika xidmətinin məlumatlarına əsaslanaraq xəbər verib.

Qeyd edilən dövrdə ABŞ şirkətləri Rusiyadan 5 milyon dollar dəyərində karamel, şokolad və bişinti məhsulları alıblar. Konditer məmulatlarının tədarükü isə illik ifadədə 13% artaraq, 2023-cü il göstəricilərini ikiqat üstələyib.

Agentliyin məlumatına görə, amerikalılar ən çox Rusiyanın bişinti məhsullarını xoşlayıblar. Bu malların idxal həcmi on ay ərzində 23% artaraq, 2.1 milyon dollara, karamel idxalı isə 1.6 dəfə çoxalaraq, illik 1.1 milyon dollara çatıb.

Eyni zamanda, hesabat dövründə Rusiya şokoladının tədarükü illik olaraq 10% artaraq, 1.9 milyon dollara yüksəlib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
oxu.az

1Mənbələr