
Avstraliyada 16 yaşdan kiçiklər üçün sosial media qadağasının tətbiqindən bir ay keçir. Qadağa bəzi yeniyetmələrdə telefon asılılığını azaltsa da, digərləri alternativ platformalara yönəlib. Psixoloqlar dəyişikliklərin uzunmüddətli təsirinin hələ məlum olmadığını bildirirlər.https://www.bbc.com/news Avstraliyada sosial media qadağasının qüvvəyə minməsindən bir ay sonra yeniyetmələrin gündəlik vərdişlərində fərqli dəyişikliklər müşahidə olunur. Bəzi uşaqlar telefon istifadəsini azaldaraq özlərini daha sərbəst hiss etdiklərini desələr də, bir qisim yeniyetmə qadağan olunmayan platformalar vasitəsilə sosial mediadan istifadəyə davam edir.Ulusum.az xəbər verir ki, psixoloqlar bildirirlər ki, sosial media yeniyetmələr üçün təkcə əyləncə deyil, həm də emosional tənzimləmə vasitəsidir. Buna görə də qadağanın qısamüddətli təsirləri fərqli ola bilər, uzunmüddətli nəticələr isə zamanla aydınlaşacaq.R.Daşdəmirova
Diqqət Çəkənlər
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Təhsil sənədləri artıq tam rəqəmsal formatda
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO