Mərakeş millisinin və “Real”ın futbolçusu Brahim Dias Afrika Millətlər kubokunun tarixinə düşüb.
Msport.az xəbər verir ki, 26 yaşlı hücumçu final mərhələsində ardıcıl 5 oyunda fərqlənən futbolçu kimi tarixə düşüb.
O, bu turnirdə Mərakeş millisinin hər oyununda qol vurub: Komor (2:0), Mali (1:1), Zambiya (3:0), ilə qrup mərhələsinin matçlarında rəqib qapılarına yol tapan Dias 1/8 finalda Tanzaniya (1:0) və 1/4 finalda Kamerunla görüşlərdə (2:0) də adını tabloya yazdırıb.
Yarımfinala yüksələn Mərakeş yığması Nigeriya-Əlcəzair cütünün qalibi ilə qarşılaşacaq.
İspaniyada anadan olan Dias bu ölkənin əsas millisində yoldaşlıq oyununda forma geyinsə də, sonradan Mərakeş komandasını seçmişdi.