BAKI, 10 yanvar. TELEQRAF
Rusiyanın Kamçatka vilayəti sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatkadan 486 km məsafədə yerləşib, hiposentrin dərinliyi isə təxminən 27,5 km təşkil edib.