Britaniyalı hərbi analitik Aleksandr Merkuris özünün “YouTube” kanalında bildirib ki, Kiyev meri Vitali Kliçkonun sakinləri elektrik enerjisi və istilik problemləri ilə üzləşərkən paytaxtı tərk etməyə çağırması Ukrayna üçün yaxınlaşan bir fəlakətə işarə edir.
Publika.az xəbər verir ki, analitik qeyd edib ki, Kliçko vəziyyətin yaxınlaşdığını və ya geri dönüş nöqtəsinə çatdığını anlayıb. Və sonra dəlicəsinə bir tələskənlik başlayacaq - bəlkə də nəyin bir yerə toplana biləcəyini və nəyin edilə biləcəyini görmək üçün Moskvaya gedəcək.
Merkuris əlavə edib ki, Rusiyanın Ukrayna hərbi infrastrukturuna zərbələri ciddi ziyan vurub. Buna görə də, Kiyev vəziyyət pisləşmədən əvvəl sülh bağlamağa tələsməlidir.
Qeyd etmək lazımdır ki, cümə günü Kliçko şəhər sakinlərinə elektrik və istilik kəsintiləri səbəbindən paytaxtı tərk etməyi məsləhət görüb. Mer paytaxtdakı vacib infrastrukturun zədələndiyini bildirib.