AZ

Ronaldu dəbdəbəli malikanəsini satmaq istəyir

Ajans.az bu barədə "V+ Fama" teleproqramına istinadən xəbər verir. Portuqaliyalı futbolçu Corcinaya avqust ayında evlilik təklifi edib. Onlar 2016-cı ildən münasibətdədirlər və iki qızları var. Cütlük toyu 2026-cı il dünya çempionatından sonra keçirməyi planlaşdırır. Səkkiz yataq otağı, hovuzu, yeraltı dayanacağı və şəxsi kino zalı olan malikanə artıq tikilib, lakin Ronaldu toy mərasimindən sonra onu sata bilər. Tikilinin təxmini dəyəri 40 milyon dollar qiymətləndirilir. Beşqat "Qızıl top" sahibi evdə şəxsi həyatın toxunulmazlığının təmin olunmamasından narazıdır. Futbolçu təhlükəsizliyi artırmaq üçün qonşuluqda yerləşən və hotelə məxsus olan torpaq sahəsini, həmçinin qolf meydançasını satın almağa çalışsa da, ona rədd cavabı verilib.

Bununla belə, Kaşkaişdəki malikanə Ronaldu və Corcinanın toy mərasiminin keçiriləcəyi məkan ola bilər və villa yalnız bu hadisədən sonra satılacaq.

Seçilən
78
2
Ajans.az

6Mənbələr