AZ

Tehranda 26 bank və 10 dövlət obyekti yandırılıb – Mer

Bakı. Trend:

Ötən sutka ərzində İranda keçirilən etiraz aksiyaları zamanıpaytaxt Tehran şəhərində 26-dan çox bank filialı və 10 dövlətobyekti yandırılıb.

Trend-inməlumatına görə, bunu Tehran meri Əlirza Zakani yerli mediayaaçıqlamasında deyib.

Onun sözlərinə görə, iğtişaşçılar tərəfindən paytaxtda 25-dənçox məscid və 47 avtobus da yandırılıb.

Zakani bildirib ki, həmçinin iğtişaşçılar 3 polis bölməsinə və25 “Bəsic” bölməsinə hücum ediblər. Onlar istənilən cinayətə əlatıblar.

Tehran meri əlavə edib ki, hazırda etirazlarda iğtişaşçılar üçdəstəyə bölünürlər. Birinci dəstə müxtəlif qrupların təşviqinəaldanaraq küçələrə axışır və cinayətlər törədirlər. Onlar konkretməqsədi olmayan və emosiyalara qapılmış gənc qızlar və oğlanlardır.Lakin məhz bu şəxslər iğtişaşçılar tərəfindən atəşə tutularaqöldürülüb. İkinci dəstə quldurlardır və əllərinə keçən əmlakı qarətetməklə məşğuldur. Üçüncü dəstə isə hakimiyyəti devirmək üçünçalışır. İranın Məhkəmə Sisteminin qərarına əsasən üçüncü dəstəbirbaşa cinayətə cəlb olunacaq şəxslərdir.

Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.

Seçilən
89
1
az.trend.az

1Mənbələr