Bakı. Trend:
Almaniya Bundestaqının Xarici İşlər Komitəsinin sədri ArminLaşet atəşkəs əldə edildikdən sonra Almaniya qoşunlarının Ukraynadayerləşdirilməsini mümkün olduğunu bildirib.
Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.
Laşetin sözlərinə görə, Ukrayna üçün etibarlı təhlükəsizlikzəmanətləri, o cümlədən ABŞ tərəfindən təmin edilən zəmanətlərzəruridir.
“Federal kansler (Fridrix Merts-red) Almaniya əsgərlərininUkrayna sərhədində yerləşdiriləcəyini vəd edib. NəticədəBundesverin cəlb edilməsi vəziyyətdən asılı olacaq”, – deyə Laşetbildirib.
Yanvarın 6-da Parisdə Avropa ölkələrinin liderlərinin, ABŞprezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun və Ağ Ev sahibininkürəkəni Cared Kuşnerin iştirak etdiyi “İstəklilər koalisiyasının”sammiti keçirilib. Görüşdə Ukrayna prezidenti Volodimir Zelenskininrəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti də iştirak edib.
Görüşdən sonra Zelenski, Böyük Britaniyanın Baş naziri KirStarmer və Fransa Prezidenti Emmanuel Makron münaqişə başaçatdıqdan sonra respublikada çoxmillətli qüvvələrin yerləşdirilməsibarədə bəyannamə imzalayıblar.