ABŞ və Ukrayna hökumətləri müharibədən sonrakı yenidənqurma və təhlükəsizlik zəmanətləri üzrə 800 milyard dollarlıq ikitərəfli müqavilə imzalayacaqlar.
"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın "The Telegraph" qəzeti mənbələrə istinadən məlumat verib.
Məlumata görə, ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu çərçivəsində Ukrayna lideri Volodimir Zelenski ilə görüşə bilər və orada onlar gələcək müqavilənin bütün detallarını müzakirə edə bilərlər.
Plana əsasən, 800 milyard dollar "on il ərzində" cəlb ediləcək.
Ehtimal edilir ki, bu, Ukraynaya özəl şirkətlər də daxil olmaqla, bir sıra investisiyalar cəlb etməyə kömək edəcək.
Dünya İqtisadi Forumu İsveçrənin qeyri-hökumət təşkilatıdır. O, biznes liderlərini, siyasi liderləri və müxtəlif sahələrdəki mütəxəssisləri bir araya gətirən illik görüşlər keçirir. Təxminən min iri şirkət və təşkilat Dünya İqtisadi Forumunun üzvüdür. 2026-cı il 19-23 yanvar tarixlərində keçiriləcək görüşün əsas mövzusu "Dialoq ruhu" olacaq.
"Cebheinfo.az"