AZ

Saat 00:01 möcüzəsi: 10 uşaqlı ananın dedikləri hər kəsi təəccübləndirdi – VİDEO

Lənkəranda ailənin 10-cu uşağı dünyaya gəlib.

NOCOMMENT.az -ın Cənub bürosunun verdiyi xəbərə görə, Lənkəran rayonunun Sinovli kənd sakinləri 45 yaşlı Samirə Mehrəliyeva və 46 yaşlı Niyazi Həbibov ailəsində sevincli anlar yaşanıb.

26 ildir ailə həyatı quran cütlüyün yeni təqvim ilində, yəni saat 00:01-də 10-cu uşaqları dünyaya gəlib. Valideynlər bildirir ki, sonuncu övlad ailəyə ikiqat sevinc yaşatdı.

Niyazi Həbibov deyir ki, 10 uşaq və 8 nəvəm var, qızları köçürtmüşəm: “Çox vaxt çöldə olduğum üçün uşaqların tərbiyələri ilə anaları məşğul olur. Axşamlar evə gələndə uşaqlarla söhbətləşib dərsləri ilə maraqlanıram. Oğlanların biri fizika müəllimi digəri isə polis olmaq istəyir.

“Nəvələri çox istəyirsiz, yoxsa uşaqları?” sualına cavab olaraq hər ikisini istəyirəm desə də, nəvənin uşaqdan şirin olduğunu bildirdi.

Samirə xanım da uşaqların təhsili, əxlaqı, davranışları ailə üçün daha önəmli olduğunu və buna görə də onların tərbiyyəsi ilə daha çox özü məşğul olduğunu bildirir.

“Ýmumilikdə 10 övladım, 8 nəvəm var. Ən böyük övladımın 25 yaşı var. Sonuncu oğlum yanvar axşamı dünyaya gəldi. Onun adını Murad qoymuşuq. Mən öz uşaqlarımla fəxr edirəm. Allah mənə 10 dənə uşaq verib – 7 qız, 3 oğlan. Çox övladı olmaq pis deyil. Yeddi qız böyütmüşəm, onlara tərbiyə və təhsil vermişəm. 3-ü oğlandır. İki oğlumdan biri fizik, ikinci oğlum polis olmaq istəyir. İnşallah öz arzularına, muradlarına çatarlar. Sonuncu oğlum Muradı isə yüksək vəzifəli bir şəxs kimi görmək istəyirəm”.

Samirə xanım, yeni ailə həyatı quranlara da bir məsləhət gördü.

“Bütün xanımlara arzulayıram çox uşaqlı ailə olmaqdan qorxmayın. Uşaq da nəvə də şirindir. Sağ olsun dövlətimiz uşaqların qayğısına qalır”.

Qeyd edək ki, 7 qız, 3 oğlan uşağı olan ailənin 5 qız övladı artıq ailə həyatı qurub. Qızlar arasında yaş fərqi bir il, oğlanlar arasındakı yaş fərqi isə daha çoxdur. Ailə, uşaqlara o qədər bağlıdır ki, yarı zarafat yarı gerçək bildirdilər ki, imkan olsa, yenə də uşaq dünyaya gətirərlər.

Seçilən
60
2
nocomment.az

3Mənbələr