AZ

Vaşinqton iranlı etirazçılara dəstək mesajı göndərib

Bakı.Trend:

Rəsmi Vaşinqton İranda etirazçılara dəstək mesajı göndərib.Dövlət katibi Marko Rubio öz “X” hesabında İran xalqına müvafiqmüraciət ünvanlayıb.

Trend bu barədəxarici KİV-ə istinadən xəbər verir.

“Amerika Birləşmiş Ştatları cəsur İran xalqını dəstəkləyir”, -deyə o yazıb.

Bundan başqa, ABŞ Prezidenti Donald Tramp İrandakı vəziyyətiolduqca mürəkkəb kimi xarakterizə edib. Onun sözlərinə görə,mərkəzi hökumət artıq bir sıra şəhərlərə nəzarəti itirib, hərçəndbir neçə gün əvvəl belə bir vəziyyətin baş verəcəyini təsəvvürəbelə gətirmək olmazdı.

Ağ Ev rəhbəri bir daha vurğulayıb ki, etirazçılara qarşızorakılıq tətbiq olunsa Birləşmiş Ştatlar buna sərt şəkildəreaksiya verəcək.

Qeyd edək ki, ötən il dekabr ayının sonlarından etibarən İranınmilli valyutası rialın xarici valyutalar qarşısında kəskin dəyəritirməsi, yüksək inflyasiya və digər iqtisadi problemlərə görəetiraz aksiyaları başlayıb. Etirazlarda ölən və yaralananlarıolduğu bildirilir.

Məqalədə:
Seçilən
62
az.trend.az

1Mənbələr