Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Kolumbiya prezidenti Qustavo Petro Latın Amerikası ölkələrini narkotik qaçaqmalçılarına qarşı mübarizəni gücləndirmək üçün birgə ordu yaratmağa çağırıb.
Bizimyol.info xəbər verir ki, "X" sosial media hesabında paylaşım edən prezident Petro ABŞ-ın narkotik qaçaqmalçılığı təşkilatlarından bölgəyə hücum etmək üçün bəhanə kimi istifadə etdiyini bildirib.
Narkotik qaçaqmalçılarının vurduğu ziyanı vurğulayan Petro: "Narkotik ticarətinə həsr olunmuş iddialar hücum üçün mükəmməl bəhanəyə çevrilib. Birlikdə və işğalın yaratdığı bütün qarışıqlığa imkan vermədən, Latın Amerikası orduları olaraq, heç kimə fayda verməyən bu bəhanəni ölkələrimizdən çıxarmaq üçün bir araya gəlməliyik", - deyə bildirib.
Petro narkotik qruplarını tərksilah etmək üçün birgə Latın Amerikası ordusuna ehtiyac olduğunu vurğulayaraq: "Latın Amerikası özünü sabitsizləşdirən bir aktordan müdafiə etməlidir və bunun üçün xalqlarının, silahlı qüvvələrinin və dövlətlərinin birliyi tələb olunur", - deyə əlavə edib.
Bu arada, Prezident Petro, ABŞ-ın Venesuelaya hərbi müdaxiləsindən sonra keçmiş Kolumbiya İnqilabi Silahlı Qüvvələrinin (FARC) çətir təşkilatı olan Estado Mayor Mərkəzinin (EMC) lideri İvan Mordiskonun silahlı üsyançı qrup olan Milli Azadlıq Ordusuna (ELN) verdiyi ittifaq təklifinə də reaksiya verib.
Petro bildirib ki, "Cənab İvan Mordiskonun təklif etdiyi ittifaq nə Venesuelanı, nə Kolumbiyanı, nə də Latın Amerikasını müdafiə etmir; əksinə, işğal üçün bəhanə rolunu oynayır və hətta seçkiləri sabotaj etmək və seçki azadlığına mane olmaq üçün qanunsuz vəsaitlərin dövriyyəsini də əhatə edir".
ABŞ-ın Venesuelaya hərbi müdaxiləsini qətiyyətlə pisləyən EMC lideri Mordisko ELN-ə ittifaq təklif etmişdi.
Qadir, Bizimyol.info
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.